U-21 millimizin daha bir oyununun yeri müəyyənləşdi

12.07.2024 12:20 320
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində Serbiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, F qrupu çərçivəsində sentyabrın 10-da təşkil olunacaq görüş “Liv Bona De Arena”da olacaq. Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.

Qeyd edək ki, U-21 sentyabrın 6-da Eş-Sur-Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda Lüksemburq millisi ilə qarşılaşacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul