Serbiya - Azərbaycan oyununun saatı bilindi

14.08.2023 11:34 241
Yığma
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində milli komandamızın Serbiya yığmasına qarşı keçirəcəyi oyunun başlama saatı açıqlanıb.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, görüş sentyabrın 12-də Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da start götürəcək.