Millimizin İngiltərə və Ukrayna ilə matçlarının başlama saatı

21.02.2024 15:28 228
Yığma
21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının başlama saatı məlum olub.

"Football-plus.az" xəbər verir ki, yığmanın İngiltərə və Ukrayna ilə matçları saat 16.00-da başlayacaq.

Hər iki qarşılaşma “Azərsun Arena”da təşkil olunacaq.

U-21 millisi martın 22-də İngiltərəni, 26-da isə Ukraynanı qəbul edəcək.