“Qarabağ”ın rəqibi ispaniyalı futbolçuyla razılaşdı

14.08.2024 21:31 338
Dünya futbolu
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Xorvatiya təmsilçisi "Dinamo" (Zaqreb) heyətini yeni futbolçu ilə gücləndirib.

“Football-plus.az” xəbər verir ki, zaqreblilər ispaniyalı müdafiəçi Yan Oliverası 1 il müddətinə icarə əsasında sıralarına cəlb edib. O, son mövsümü İtaliyanın "Roma" klubunun gənclərdən ibarət komandasının heyətində keçirib.

Qeyd edək ki, "Qarabağ"ın "Dinamo" ilə ilk görüşü avqustun 20-də səfərdə baş tutacaq. Cavab matçı isə avqustun 28-də evdə reallaşacaq.