Mahir Emrelinin komandasının Çempionlar Liqasında rəqibi bəlli oldu

13.07.2022 12:24 446
Çempionlar Liqası
"Dinamo"nun (Zaqreb) Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Football-plus.az xəbər verir ki, Xorvatiya klubunun rəqibi "Şkupi" olub.

Şimali Makedoniya təmsilçisi turnirin 1-ci mərhələsində "Linkoln"u (Cəbəllütariq) mübarizədən kənarlaşdırıb.

"Şkupi" cavab görüşündə 0:2 hesabı ilə uduzduğu rəqibini evdə 3:0 məğlub etmişdi.

Mahir Emrelinin komandasının adı çəkilən rəqiblə ilk oyunu iyulun 19-da Zaqrebdə, cavab matçı isə 1 həftə sonra keçiriləcək.