"Qarabağ"ın "Dinamo" ilə oyunlarının vaxtı

14.08.2024 11:55 539
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının pley-offunda Zaqreb "Dinamo"su ilə keçirəcəyi oyunların vaxtı dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, avqustun 20-də Zaqrebdə keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 23.00-da başlayacaq

Avqustun 28-də Bakıda oynanılacaq cavab matçı isə saat 20.45-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" pley-offa qədər "Linkoln" (Cəbəllütariq) və "Ludoqorets"i mübarizədən kənarlaşdırıb. "Dinamo" isə mübarizəyə birbaşa pley-offdan başlayacaq.