"Qarabağ"ın rəqibi Gürcüstan millisinin üzvünü transfer etdi

30.06.2022 15:06 410
Dünya futbolu
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Lex" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Poznan təmsilçisi Ukrayna "Dinamo"sundan Georgi Tsitaişvilini transfer edib. 22 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.

Georgi Gürcüstan yığmasının da üzvüdü.

"Qarabağ" "Lex"lə ilk oyunu iyulun 5-də səfərdə, cavab matçını isə 12-də Bakıda keçirəcək.