“Sumqayıt”ın növbəti transferi

14.08.2024 19:34 334
Ölkə futbolu
"Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

“Football-plus.az” xəbər verir ki, Sumqayıt təmsilçisi son mövsümü Özbəkistanın “Surxon Termiz” klubunda keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı hücumçu 99 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Taşkını heyətinə qatıb.