Toqolu hücumçu "Sumqayıt"da - RƏSMİ

4.08.2022 12:32 456
Premyer-liqa
2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Football-plus.az xəbər verir ki, məlumatı "Gənclik şəhəri" təmsilçisinin rəsmi saytı yayıb. "Kimyaçılar" Braziliyanın aşağı liqa təmsilçiləri - “Rolandia”, “Atletiko Asisense” və “PSTC” klublarında çıxış etmiş hücumçu Ouro-Nil Tureni heyətinə qatıb. Onunla "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, 23 yaşlı toqolu futbolçu "Sumqayıt"da 70 nömrəli formada çıxış edəcək.