2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
“Football-plus.az” xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş Slavişa Radoviç ilə müqavilə imzalayıb. Bu gün Ankarada tibbi baxışdan keçən 30 yaşlı müdafiəçi ilə "1+1" illik anlaşma əldə olunub. Radoviç 3 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov və Fernando Medeyrosun keçidini rəsmiləşdirib.