2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
"Football-plus.az" xəbər verir ki, son mövsümü Türkiyənin "Manisa" klubunda keçirən Sərtan Taşkınla "1+1" illik müqavilə imzalanıb.
Millimizin üzvü olan 26 yaşlı futbolçu "Sumqayıt"ın heyətində 2 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2019/20 mövsümündə də "Sumqayıt"da çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurub.