• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” 6-cı dəfə Avropa superkubokunun qalibi oldu - YENİLƏNİB

Manşet / Avrokuboklar

15-08-2024, 00:0

Bu gün avrokubokların 2024/25 mövsümündə ilk qalib müəyyənləşəcək: Polşanın Varşava şəhərində Avropa Superkuboku (AS) oyunu keçiriləcək.

Ümumilikdə 49-cu olacaq dueldə “Real” və “Atalanta” qarşılaşacaq.

AFİŞA
Avropa Superkuboku
Real (İspaniya) - Atalanta (İtaliya)
2:0
Federiko Valverde, 60. Kilian Mbappe, 68
Hakim və köməkçiləri: Sandro Şerer, Stefan de Almeyda, Yonas Erni (hamısı İsveçrə), Nikolay Lalakin (Ukrayna).
VAR hakimləri: Bastian Dankert, Kristian Dinqert (hər ikisi Almaniya), Fedayi San (İsveçrə).
Cəzalı: yoxdu.
Avrokuboklardakı oyunlarının balansı: +2=0-0, 4-1
14 avqust. Varşava (Polşa). “Narodovı” stadionu.

8 oyunda 5 qələbə
Bu komandaların son avrokubok mövsümündə keçdiyi yola nəzər salarkən qarşıdakı duelin superkubok uğrunda oyuna yaraşdığını əminliklə demək olar. “Real” ötən mövsüm Çempionlar Liqasında (ÇL) 15-ci dəfə qalib gəlib. Karlo Ançelottinin komandası iyunun 1-də Londonda keçirilən finalda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib. Madridlilər tarixində 9-cu dəfə AS-də oynayacaqlar. Bu avrokubokda ilk dəfə 1998-ci ildə Monakoda “Çelsi”yə minimal hesabla uduzan paytaxt klubunun növbəti cəhdi də uğursuz alınıb. 2000-ci ildə eyni məkanda baş tutan oyunda “Qalatasaray”a 1:2 hesabıyla uduzan “Real” sonrakı 4 cəhdinin hamısında qalib olub: 2002-ci ildə Monakoda “Feyenoord” 3:1, 2014-cü ildə Kardiffdə “Sevilya” 2:0, 2016-cı ildə Tronheymdə yenə “Sevilya” 3:2, 2017-ci ildə Skopyedə “Mançester Yunayted” 2:1 hesabı ilə məğlub edilib. “Kral klubu” 2018-ci ildə Tallindəki sınağında əzəli rəqibi “Atletiko”ya 2:4 hesabıyla uduzub, 2022-ci ildə isə “Ayntraxt”a iki cavabsız qolla üstün gəlib. Başqa sözlə, “Real” AS-də keçirdiyi 8 oyundan 5-də qələbə qazanıb. Maraq üçün bu kubok uğrunda matçda daha çox görünən komandanın “Barselona” (9) olduğunu da qeyd edək. Başqa sözlə, “Real” əzəli rəqibinin rekordunu təkrarlayacaq.


Ançelotti indiyədək məşqçi kimi 4 dəfə superkuboka yiyələnib. 65 yaşlı italiyalı mütəxəssisin komandalarından “Milan” 2003-cü ildə “Portu”nu 1:0, 2007-ci ildə isə “Sevilya”nı 3:1 hesabı ilə məğlub edib. 2014-cü ildə “Real”ın “Sevilya”nı, 2022-ci ildə isə “Ayntraxt”ı iki cavabsız qolla üstələdiyini isə yuxarıda qeyd etdik. Deməli, Ançelotti qitə superkubokunu 5-ci dəfə qazanacağı halda Xosep Qvardiolanı arxada qoyaraq vahid rekordçuya çevriləcək.

AS-də debüt
“Atalanta” bu turnirdə ilk dəfə çıxış etmək hüququ qazanıb. İtaliya təmsilçisi superkubok uğrunda yarışacaq 41-ci klub olacaq. Can Pyero Qasperininin komandası ötən mövsüm Avropa Liqasının (AL) finalında “Bayer-04”dən üstün olub. Mayın 22-də İrlandiyanın Dublin şəhərində keçirilən finalda “Bayer-04”ə heç bir şans verməyən “Atalanta” tarixində ilk dəfə avrokubokun qalibi olub! Qeyd edək ki, bu, berqamoluların 117 illik tarixində 2-ci tituludu. 1963-cü ildə İtaliya kubokunun qalibi olan komanda bu turnirin finalında 5 dəfə məğlubiyyətə uğrayıb. Berqamoluların 1988-ci ildə Kuboklar Kubokunun yarımfinalına qədər irəlilədiklərini və A seriyasında isə ən yaxşı halda 3-cü yeri tutduqlarını da xatırladaq.

“Atalanta” AL-də mövsüm ərzində keçirdiyi 13 oyunda 8 qələbə qazanıb. Komanda 4 matçı heç-heçə başa vurub və yalnız bir dəfə uduzub. Amma “Liverpul”a İngiltərədəki 3:0 hesablı qələbədən sonra evdəki minimalhesablı məğlubiyyət “qara-göylər”in yarımfinala vəsiqə qazanmasına mane olmayıb.

“Atalanta” üçün qisas şansı
Əlbəttə, rəqiblər arasındakı əvvəlki dueli xatırlatmağın başqa ləzzəti var. Komandalar avrokuboklarda üç ildən sonra yenidən qarşılaşacaqlar. ÇL-in 2020/21 mövsümünün 1/8 finalında keçirilən hər iki matç favoritin qələbəsi ilə nəticələnib: Berqamoda minimal hesabla qalib gələn İspaniya nəhəngi Madriddəki cavab görüşünü 3:1 üstünlüklə başa vurub. Maraq üçün “Real”ın həmin mövsümü yarımfinalda başa vurduğunu, “Çelsi”yə iki oyunun ümumi nəticəsinə (1:3) əsasən uduzduğunu da yada salaq. Deməli, Varşavadakı matç “Atalanta” üçün həm də qisas şansı olacaq.

Avrokuboklarda ikinci vacib oyun
Varşava şəhərindəki “Narodovı” stadionunda keçiriləcək Superkubok matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. AÇ-2012 üçün inşa edilən arena Polşa yığmasının qrupdakı oyunlarına, həmçinin 1/4 final və yarımfinalın bir matçına səhnə olub. Burda 2015-ci ildə AL-in finalının baş tutduğunu da yada salaq. Başqa sözlə, “Narodovı” avrokuboklarda ikinci vacib oyunu qəbul edəcək.

Avropa Superkubokunun statistikası
Klublar üzrə
qələbə
5 - Barselona, Milan, Real
4 – Liverpul
3 – Atletiko
2 – Anderlext, Ayaks, Bavariya, Valensiya, Çelsi, Yuventus

iştirak
9 – Barselona
8 - Real
7 - Milan, Sevilya
6 – Liverpul
5 - Bavariya, Çelsi
4 – Mançester Yunayted, Portu
3 – Atletiko, Ayaks

Ölkələr üzrə
qələbə
16 – İspaniya (Barselona, Real – 5, Atletiko – 3, Valensiya – 2, Sevilya - 1)
10 – İngiltərə (Liverpul – 4, Çelsi - 2, Aston Villa, Mançester Yunayted, Mançester Siti, Nottingem Forest - 1)
9 – İtaliya (Milan – 5, Yuventus – 2, Latsio, Parma - 1)

iştirak
31 - İspaniya (Barselona - 9, Real – 8, Sevilya – 7, Atletiko – 3, Valensiya – 2, Saraqosa, Vilyarreal - 1)
20 - İngiltərə (Liverpul – 6, Çelsi - 5, Mançester Yunayted - 4, Nottingem Forest – 2, Arsenal, Aston Villa, Mançester Siti - 1)
13 - İtaliya (Milan – 7, Yuventus – 2, İnter, Latsio, Parma, Sampdoriya - 1)

Oyunçular üzrə
qələbə
4 – Daniel Alveş (Sevilya – 2006, Barselona – 2009, 2011, 2015), Paolo Maldini (Milan – 1989, 1990, 1994, 2003), Kərim Benzema (Real – 2014, 2016, 2017, 2022), Daniel Karvaxal (Real – 2014, 2016, 2017, 2022), Toni Kroos (Bavariya – 2013, Real – 2014, 2017, 2022), Luka Modriç (Real – 2014, 2016, 2017, 2022)

iştirak
5 - Daniel Alveş (Sevilya – 2006, 2007, Barselona – 2009, 2011, 2015), Kərim Benzema (Real – 2014, 2016, 2017, 2018, 2022), Daniel Karvaxal (Real – 2014, 2016, 2017, 2018, 2022), Toni Kroos (Bavariya – 2013, Real – 2014, 2017, 2018, 2022), Luka Modriç (Real – 2014, 2016, 2017, 2018, 2022), Paolo Maldini (Milan – 1989, 1990, 1993, 1994, 2003)

oyun
8 – Alessandro Kostakurta, Roberto Donadoni (hər ikisi “Milan”)
7 - Paolo Maldini, Daniele Massaro, Mauro Tassotti (hamısı “Milan”)
6 – Franko Barezi (Milan), Ari Haan (Ayaks, Anderlext)

qol
3 – Oleq Bloxin (Dinamo K), Devid Feyrklaf, Terri Makdermott (hər ikisi “Liverpul”), Radamel Falkao (Atletiko), Ari Haan (Ayaks, Anderlext), Lionel Messi (Barselona), Herd Müller (Bavariya), Rob Rensenbrink, Fransua van der Elst (hər ikisi “Anderlext”)

Məşqçilər üzrə
qələbə
4 - Karlo Ançelotti (Milan – 2003, 2007, Real – 2014, 2022), Xosep Qvardiola (Barselona – 2009, 2011, Bavariya - 2013, Mançester Siti - 2023)

Məşqçi və oyunçu kimi
qələbə
Karlo Ançelotti (1990; 2003, 2007, 2014, 2022), Xosep Qvardiola (1992; 2009, 2011, 2013, 2023), Dieqo Simeone (1999; 2012, 2018), Luis Enrike (1997; 2015), Zinəddin Zidan (1996, 2002; 2016, 2017)

Paylaş:
Digər xəbərlər

Avrokuboklar

10-08-2022, 11:0

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

Manşet / Avrokuboklar

26-05-2022, 00:0

Konfrans Liqasının ilk qalibi bəlli oldu - YENİLƏNİB

Dünya futbolu / Manşet

17-08-2023, 10:0

AS: Qvardiola Ançelottinin rekordunu təkrarladı - YENİLƏNİB

Dünya futbolu

14-08-2024, 16:0

Bu gün “Real”da debüt edəcək

Dünya futbolu

7-05-2023, 13:0

''Real'': son 20 finalda 18 qələbə!

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Bu gün, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Bu gün, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Bu gün, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Bu gün, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Bu gün, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Bu gün, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Bu gün, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Bu gün, 17:44
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 136
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə