Konfrans Liqasının ilk qalibi bəlli oldu - YENİLƏNİB

26.05.2022 00:57 926
Manşet / Avrokuboklar
Bu gün avrokubokların 2021/22 mövsümündə ikinci turnirə yekun vurulub: Albaniyanın paytaxtı Tirana şəhərində Konfrans Liqasının (KL) finalı keçirilib.

"Football-plus.az" xəbər verir ki, həlledici matçda “Roma” və “Feyenoord” qarşılaşıb.

Matçın taleyini 1 qol həll edib. İtaliya təmsilçisi minimal hesablı qələbə qazanaraq Konfrans Liqasının ilk qalibi olub.

Konfrans Liqası, final
Roma (İtaliya) – Feyenoord (Niderland) 1:0
Zaniola, 32.
Hakim və köməkçiləri: İştvan Kovaç, Vasile Marinesku, Ovidiu Artene (hamısı Rumıniya), Sandro Şerer (İsveçrə).
VAR hakimləri: Marko Frits, Kristian Dingert, Bastian Dankert (hamısı Almaniya).
Cəzalı: yoxdu.
Avrokuboklardakı oyunlarının balansı: +1=1-0, 3-2
25 may. Tirana (Albaniya), “Arena Kombetare” stadionu.