• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AS: Qvardiola Ançelottinin rekordunu təkrarladı - YENİLƏNİB

Dünya futbolu / Manşet

17-08-2023, 10:0

Dünən avrokubokların 2023/24 mövsümündə ilk qalib müəyyənləşib: Yunanıstanın Pirey şəhərində Avropa Superkuboku (AS) oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, ümumilikdə 48-ci olan dueldə “Mançester Siti” və “Sevilya” qarşılaşıb.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Mançester Siti" 5:4 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Beləliklə, klub tarixində ilk dəfə Superkuboku qazanıb.

Avropa Superkuboku
Mançester Siti (İngiltərə) – Sevilya (İspaniya)
1:1 (penaltilər seriyası - 5:4)
Nesiri, 25 (0:1), Palmer, 63 (1:1)
Hakim və köməkçiləri: Fransua Letesye, Siril Münye, Vedi Ramuni (hamısı Fransa), Espen Eskos (Norveç).
VAR hakimləri: Jerom Brizar, Erik Vattellye (hər ikisi Fransa), Fedayi San (İsveçrə).
Cəzalı: yoxdu.
Avrokuboklardakı oyunlarının balansı: +4=0-0, 12-3
16 avqust. Pirey (Yunanıstan), “Georgios Karaiskakis” stadionu.

MS 40-cı klub olacaq
Bu komandaların son avrokubok mövsümündə keçdiyi yola nəzər salarkən qarşıdakı duelin superkubok uğrunda oyuna yaraşdığını əminliklə demək olar. “Mançester Siti” ötən mövsüm Çempionlar Liqasında (ÇL) ilk dəfə qalib gəlib. Xosep Qvardiolanın komandası finalda “İnter”i 1:0 hesabı ilə məğlub edib. Mançesterlilər tarixində ilk dəfə AS-də oynayacaqlar. Onlar son üç mövsümdə “Ayntraxt” (Frankfurt) və “Vilyarreal”dan sonra turnirin ardıcıl 3-cü debütantıdı. Maraqlıdı ki, həm “Ayntraxt”, həm də “Vilyarreal” superkuboku qazana bilməmişdilər. Son 10 ildən 9-da superkuboku ÇL-in qalibinin qazandığını da bildirək. Bu müddətdə yalnız 2018-ci ildə “Real” İspaniyanın digər təmsilçisi “Atletiko”ya məğlub olub.

MS superkubok uğrunda yarışacaq 40-cı klub olacaq. “Şəhərlilər” bu kuboka iddia edən İngiltərənin 7-ci təmsilçisidi. İndiyədək “Liverpul” (1977, 1978, 1984, 2001, 2005, 2019), “Çelsi” (1998, 2012, 2013, 2019, 2021), “Mançester Yunayted” (1991, 1999, 2008, 2017), “Nottingem Forest” (1979, 1980), “Aston Villa” (1982) və “Arsenal” (1994) bu turnirdə mübarizə aparıb.
“Siti” İngiltərənin 6-cı qalib komandası olmağa çalışacaq. Qeyd edək ki, son 5 ildə “Liverpul” (2019) və “Çelsi” (2021) superkuboku “Dumanlı Albion”a apara biliblər.

Qvardiolanın komandası turnirin 25-ci qalibi ola bilər. 2013-cü ildən sonra AS-də yeni qalibin olmadığını da bildirək. 10 il əvvəl “Bavariya” bu yarışda ilk uğurunu reallaşdırmışdı.

Bu fakt da maraqlıdı: AS-də yalnız bir dəfə iştirak edən 22 komandadan 14-ü məğlub olub. Sonuncu dəfə belə hala ötən mövsüm təsadüf edib. Onda “Ayntraxt” Finlandiyanın Helsinki şəhərindəki matçda “Real”a uduzmuşdu.

İngiltərə təmsilçiləri indiyədək bu turnirdə 19 dəfə uğur qazanıb. Qvardiola bu ölkənin komandasının çalışdırıcısı kimi ilk dəfə qalib olmağa çalışacaq. “Siti”nin baş məşqçisi indiyədək qitə superkubokunu “Barselona” (2009, 2011) və “Bavariya” (2013) ilə qazanıb. Onun bir dəfə “Barselona”nın (1992) oyunçusu kimi sevindiyini də bildirək. MS “Sevilya”nı məğlub edəcəyi halda Qvardiola superkuboka ən çox sahib çıxan məşqçi Karlo Ançelottinin rekordunu təkrarlayacaq. İspaniyalı həm də bu halda üç müxtəlif komanda ilə qalib gələn ilk çalışdırıcı kimi tarixə düşəcək.

“Sevilya”: 6 cəhddə yalnız 1 qələbə
“Sevilya” ötən mövsüm Avropa Liqasının (AL) finalında “Roma”dan üstün olub. Əsas və əlavə vaxtı 1:1 nəticələnən oyundan sonrakı penalti seriyasında qalib gələn (4:1) İspaniya klubu AL-də (UEFA Kubokunda) 7-ci dəfə qalib gəlməklə sahibi olduğu rekordu yeniləyib. İspaniya təmsilçisi bu turnirdə daha əvvəl 2005/06, 2006/07, 2013/14, 2014/15, 2015/16 və 2019/20 mövsümlərində ən yüksək zirvəni fəth etmişdi.

Ümumiyyətlə, “Sevilya” avrokuboklarda 8 dəfə qalib gəlib. Komanda AL-dəki 7 qələbədən başqa 2006-cı ildə məhz Avropa superkubokunu da qazanıb. Maraqlıdı ki, “Sevilya” İspaniyanın daxili yarışlarında yalnız 7 dəfə qalib olub (ölkə çempionatında və superkubokunda 1, ölkə kubokunda 5 qələbə). “Sevilya”nın XXI əsrdə əsas avrokuboklarda 7-ci qələbəsini qazanmaqla yeni rekord müəyyən etdiyini, bu planda “Real”ı (6 titul) arxada qoyduğunu da bildirək.

Andalusiyalılar qitə superkuboku uğrunda oyunda 7-ci dəfə çıxış edəcəklər. Onlar bu planda “Milan”ın göstəricisini təkrarlayacaqlar. “Sevilya”nın yalnız “Real” (9) və “Barselona”dan (8) geri qaldığını da qeyd edək.

İspaniya təmsilçisi indiyədək bu kuboka yalnız Avropa Liqasının (UEFA Kubokunun) qalibi kimi iddia edib. “Sevilya”nın turnirdəki ilk cəhdi uğurlu alınıb: komanda 2006-cı ildə “Barselona”nı 3:0 hesabı ilə məğlub edib. Lakin andalusiyalıların sonrakı bütün cəhdləri uğursuzluqla nəticələnib. Belə ki, onlar 2007-ci ildə “Milan”a (1:3), 2014-cü ildə “Real”a (0:2), 2015-ci ildə “Barselona”ya (4:5), 2016-cı ildə yenə “Real”a (2:3), 2020-ci ildə isə “Bavariya”ya (1:2) uduzublar. Başqa sözlə, “Sevilya” qitə superkuboku uğrunda 5 dəfə məğlub olmaqla antirekord müəyyən edib. son üç məğlubiyyətin əlavə vaxtda qeydə alındığını da qeyd edək.

Halbuki İspaniya bu turnirdə qələbə sayına görə rekordçudu. Superkubok 16 dəfə bu ölkənin komandalarına qismət olub. La Liqa təmsilçilərinin 2009-18-cı illərdə AS-də rəqib tanımadıqlarını xüsusilə vurğulayaq. İspaniya klubu turnirdə 31-ci dəfə çıxış edək. Bu rekorddu!
Digər maraqlı faktlar məhz sevilyalılarla bağlıdı. Superkubok uğrunda ən məhsuldar oyunun iştirakçısı olan “Sevilya”nın “Barselona”ya 4:5 hesabı ilə uduzduğunu bir qədər əvvəl qeyd etdik. Bu komanda bir oyun formatında kataloniyalların qapısından 3 cavabsız top keçirməklə həm də ən böyükhesablı qələbənin müəllifi olub.

9 aydan sonra...
Əlbəttə, rəqiblər arasındakı əvvəlki duelləri xatırlatmağın başqa ləzzəti var. Komandalar avrokuboklarda indiyədək 4 dəfə qarşılaşıb və bütün hallarda MS qalib olub. ÇL-in son mövsümünün qrup mərhələsinin ötən il sentyabrın 6-da Sevilyada keçirilən matçı qonaqların 4:0 hesablı qələbəsi ilə nəticələnib. Qolları Erlinq Holann (2), Filip Foden və Ruben Diaş vurmuşdular. Onda İspaniya klubunun avrokuboklarda öz meydanında ən böyükhesablı məğlubiyyəti təkrarlanmışdı. Qrup mərhələsinin 6-cı turunun noyabrın 2-də Mançesterdəki oyunu isə ev sahiblərinin 3:1 hesablı üstünlüyü ilə sona çatıb. Rafa Mir 31-ci dəqiqədə qonaqları hesabda önə keçirsə də, fasilədən sonra Riko Lüis, Xulian Alvares və Riyad Mahrezin qolları “Siti”nin əzmkar qələbəsini təmin edib. Qvardiolanın komandası bu qələbə ilə qrupu lider kimi başa vurmuş, “Sevilya” isə Dortmund “Borussiya”sından sonra 3-cü yeri tutaraq mübarizəni AL-də davam etdirmək hüququ qazanmışdı. Deməli, Xose Luis Mendilibarın komandası həmin məğlubiyyətlərin əvəzini 9 aydan sonra çıxmağa çalışacaq.

Tanış rəqiblərin digər iki dueli də ÇL-də qeydə alınıb. 2015/16 mövsümünün qrup mərhələsinin 3-cü turunun İngiltərədə baş tutan oyunu ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Yevgeni Konoplyanka 30-cu dəqiqədə qonaqları hesabda önə keçirsə də, 6 dəqiqə sonra Adil Raminin avtoqolu və Kevin De Bruynenin son dəqiqələrdəki qolu yenə “Siti”nin əzmkar qələbəsini təmin edib. İki həftə sonra Sevilyada baş tutan matçda bütün qollar ilk hissədə qeydə alınıb. Rahim Sterlinq ilə Fernandinyonun qolları ingilislərin iki topluq üstünlük yaxalamasına səbəb olandan sonra Benua Tremulinas fəqri azldıb. Lakin fasilə ərəfəsində Vilfrid Boni qonaqların 3:1 hesablı qələbəsini təmin edib. Maraqlıdı ki, “Siti” bu mövsümdə də qrupu lider kimi, “Sevilya” isə “Yuventus”dan sonra 3-cü yeri tutaraq mübarizəni AL-də davam etdirmək hüququ qazanmışdı. Maraq üçün onu da yada salaq ki, onda Manuel Pelleqrininin çalışdırdığı İngiltərə klubu ÇL-in yarımfinalına qədər irəliləmiş, “Sevilya” isə AL-də ardıcıl 3-cü çempionluğu rəsmiləşdirməklə rekord müəyyən etmişdi.

Stadion
Pirey şəhərindəki “Georgios Karaiskakis” stadionunda keçiriləcək Superkubok matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Qeyd edək ki, Yunanıstan avrokuboklarda ilk dəfə həlledici oyunu təşkil edəcək. 1896-cı ildə istismara verilən arenada 1964 və 2004-cü illərdə yenidənqurma işləri aparılıb. “Olimpiakos”un rəqiblərini qəbul etdiyi idman qurğusu 33334 yerlikdi. Burda Yunanıstanın futbol və reqbi yığmaları, həmçinin ölkənin qadınlardan ibarət futbol komandası da ev oyunlarını keçirir.

Oyundan əvvəl
Xosep Qvardiola, “Mançester Siti”ni baş məşqçisi:

“Çempionlar Liqasında qələbə bizə böyük rahatlıq bəxş etdi. Amma kubok qazanmağı bacaran digər komandaların olduğunu və sonradan harasa yoxa çıxdığını yaxşı bilirik. Biz belə aqibətdən qaçmalıyıq”.


Xose Luis Mendilibar, “Sevilya”nın baş məşqçisi:
“Bu məqamda olduğuma görə xoşbəxtəm. Mənim təyinatımdan əvvəl problemlər içində olan komanda ilə uğur qazanmaqla superkubok uğrunda matça çıxmaq şansı qazanmağım məni sevindirir. Yaxşı işlər gördüyümüz göz qabağındadı. Məndə uğuru davam etdirə biləcəyimizlə bağlı hisslər oyanıb”.

Paylaş:
Digər xəbərlər

Avrokuboklar

10-08-2022, 11:0

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

Manşet / Avropa Liqası

1-06-2023, 02:0

"Sevilya" Avropa Liqasının qalibi oldu - YENİLƏNİB

Dünya futbolu

30-04-2022, 23:0

"Mançester Siti"dən böyük hesablı qələbə

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • 18-05-2026, 21:0
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə