• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

Avrokuboklar

10-08-2022, 11:0

Bu gün Finlandiyanın Helsinki şəhərində Avropa Superkuboku (AS) oyunu keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, ümumilikdə 47-ci olacaq dueldə “Real” və “Ayntraxt” qarşılaşacaq.

7 oyunda 4 qələbə

Bu komandaların son avrokubok mövsümündə keçdiyi yola nəzər salarkən qarşıdakı duelin superkubok uğrunda oyuna yaraşdığını əminliklə demək olar. “Real” ötən mövsüm Çempionlar Liqasında 14-cü dəfə qalib gəlib. Karlo Ançelottinin komandası finalda “Liverpul”u 1:0 hesabı ilə məğlub edib.

Madridlilər tarixində 8-ci dəfə AS-də oynayacaqlar. Bu avrokubokda ilk dəfə 1998-ci ildə Monakoda “Çelsi”yə minimal hesabla uduzan paytaxt klubunun növbəti cəhdi də uğursuz alınıb. 2000-ci ildə eyni məkanda baş tutan oyunda “Qalatasaray”a 1:2 hesabıyla uduzan “Real” sonrakı 4 cəhdinin hamısında qalib olub: 2002-ci ildə Monakoda “Feyenoord” 3:1, 2014-cü ildə Kardiffdə “Sevilya” 2:0, 2016-cı ildə Tronheymdə yenə “Sevilya” 3:2, 2017-ci ildə Skopyedə “Mançester Yunayted” 2:1 hesabı ilə məğlub edilib. “Kral klubu” 2018-ci ildə Tallindəki son sınağında isə əzəli rəqibi “Atletiko”ya 2:4 hesabıyla uduzub. Başqa sözlə, “Real” AS-də keçirdiyi 7 oyundan 4-də qələbə qazanıb. Maraq üçün bu kubok uğrunda matçda daha çox görünən komandaların “Barselona” (9), “Milan”, “Real” (hər ikisi 7), “Liverpul” və “Sevilya” (hər ikisi 6) olduğunu da qeyd edək.

Ançelotti indiyədək məşqçi kimi üç dəfə superkuboka yiyələnib. 63 yaşlı italiyalı mütəxəssisin komandalarından “Milan” 2003-cü ildə “Portu”nu 1:0, 2007-ci ildə isə “Sevilya”nı 3:1 hesabı ilə məğlub edib. 2014-cü ildə “Real”ın “Sevilya”nı iki cavabsız qolla üstələdiyini isə yuxarıda qeyd etdik.
“Ayntraxt” bu turnirdə ilk dəfə çıxış etmək hüququ qazanıb. Almaniya təmsilçisi superkubok uğrunda yarışacaq 39-ci klub olacaq. Oliver Qlasnerin komandası ötən mövsüm Avropa Liqasının (AL) finalında “Reyncers”dən üstün olub. Əsas və əlavə vaxtı 1:1 nəticələnən oyundan sonrakı penalti seriyasında qalib gələn (5:4) “Ayntraxt” bu turnirdə ikinci, avrokuboklarda isə 42 ildən sonrakı ilk zəfərini reallaşdırıb. Qeyd edək ki, frankfurtlular 1980-ci ildə AL-in sələfi sayılan UEFA Kubokunda qalib gəlsələr də, 1973-99-cu illərdə superkubok uğrunda oyunda Çempionlar Kuboku və Kuboklar Kubokunun qalibləri qarşılaşırdılar. Odu ki, “qartallar” üçün Helsinkidəki sınaq debüt xarakterli olacaq.

62 ildən sonra...

Əlbəttə, rəqiblər arasındakı əvvəlki dueli xatırlatmağın başqa ləzzəti var. Komandalar avrokuboklarda 62 ildən sonra yenidən qarşılaşacaqlar. Çempionlar Kubokunun 1960-cı ildə “Real” və “Ayntraxt” arasında keçirilən finalı “qol yağışı” ilə yadda qalıb. 7:3 hesabı ilə qalib gələn İspaniya nəhəngi ən nüfuzlu klub turnirində ardıcıl 5-ci zəfərini bayram edib. Qlazqodakı “Hempden Park” stadionunda madridlilərdən Ferents Puşkaş poker, Alfredo Di Stefano isə het-trik edib. Almanların qollarını isə Ervin Şteyn (2) ilə Rixard Kress vurub.

“Seltik”in finalı stadionda izləyən əfsanəsi Cimmi Conston matçdan bir müddət sonra belə demişdi:

“Bu, səmada reallaşan fantaziyaya bənzəyirdi. Belə futbolu heç vaxt görməmişdim və artıq izləməyəcəyəm. “Real”ın hücumçularının adlarını ölənə qədər təkrarlayacağam...”


Avrokuboklarda iki ilk

Helsinki şəhərindəki Olimpiya stadionunda keçiriləcək Superkubok matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Qeyd edək ki, Finlandiya avrokuboklarda ilk dəfə həlledici oyunu təşkil edəcək. Maraq üçün 2009-cu ildə qadınlar arasında Avropa çempionatının final matçının Helsinkidə baş tutduğunu da yada salaq.

Çərşənbə günü qitə kuboklarında daha bir ilk yaşanacaq. UEFA-nın bayrağı altında klub səviyyəsində keçiriləcək matçlarda yarımavtomatik ofsayd aşkarlama sistemi rəsmi olaraq 2022/23 mövsümündə fəaliyyətə başlayacaq. Sistem ilk dəfə məhz “Real” – “Ayntraxt” matçında tətbiq ediləcək. Bu texnologiya gələcəkdə Çempionlar Liqasının qrup mərhələsində də istifadə olunacaq. UEFA-nın Hakimlər Komitəsinin rəhbəri Roberto Rozetti yeniliklə bağlı belə açıqlama verib:

“UEFA oyunun keyfiyyətini artırmaq və hakimlərə kömək etmək üçün daim yeni texnoloji həllər axtarır. Yarımavtomatik ofsayd aşkarlama sistemi VAR (hakimə videoköməkçi) üçün oyundankənar vəziyyətləri daha tez və dəqiq müəyyən etməyə imkan verən innovativ texnologiyadı. Bu, oyunun ritmini və qəbul edilən qərarların ardıcıllığını qorumağa kömək edir. Sistem artıq rəsmi oyunlarda və Çempionlar Liqasının hər bir matçında istifadəyə hazırdı”.


UEFA-nın məlumatında qeyd olunur ki, yeni sistem hər bir oyunçunun bədəninin 29 nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyəcək. Sistem üçün 2020-ci ildən indiyədək ümumilikdə 188 sınaq keçirilib.

Avropa Superkuboku

Real (İspaniya) – Ayntraxt (Frankfurt, Almaniya)
Hakim və köməkçiləri: Maykl Oliver, Stüart Bert, Saymon Bennett (hamısı İngiltərə), Donatas Rumşas (Litva).
VAR hakimləri: Tomas Kvyatkovski, Bartoş Frankovski (hər ikisi Polşa), Tyaqo Martinş (Portuqaliya).
Cəzalı: yoxdu.
Avrokuboklardakı oyunlarının balansı: +1=0-0, 7-3
10 avqust. Helsinki (Finlandiya), Olimpiya stadionu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-05-2022, 14:0

''Qalatasaray'' ''Real''a necə sataşdı?

Dünya futbolu / Manşet

19-05-2022, 09:0

Avropa Liqasının qalibi müəyyənləşdi - YENİLƏNİB

Dünya futbolu

30-04-2022, 20:0

"Real"dan 35-ci La Liqa çempionluğu

Çempionlar Liqası

14-04-2022, 12:0

“Real” - “Çelsi” matçında diqqətçəkən 5 məqam

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
  • 8-08-2026, 19:0
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 198
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 105
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə