"Real"da ciddi itki

5.10.2022 15:55 406
Dünya futbolu
"Real"ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının qrup mərhələsinin 3-cı turunda "Şaxtyor"la ev matçında meydana çıxmayacaq.

"Footbal-plus.az" klubun saytına istinadən xəbər verir ki, onun adı iştirak ərizəsinə daxil edilməyib. Buna səbəb belçikalı qolkiperin zədəli olmasıdır.

Bu gün keçiriləcək "Real" - "Şaxtyor" matçı saat 23.00-da start götürəcək.