"Sabah" - "Sent Patriks": satılan bilet sayı

14.08.2024 13:30 371
Konfrans Liqası
Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ın İrlandiya təmsilçisi "Sent Patriks"lə cavab qarşılaşmasına indiyədək satılan bilet sayı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Masazırda keçiriləcək görüşə 4500 bilet satılıb.

Komandanın ev oyunlarını keçirdiyi "Bank Respublika Arena" 8700 yerlikdi.

Qeyd edək ki, "Sabah" - "Sent Patriks Atletik" matçı avqustun 15-də, saat 20.00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.