“Sabah” və “Sent Patriks” arasında Konfrans Liqasının 3-cü mərhələsinin Masazırda keçiriləcək cavab oyununa (ilk oyun – 0:1) bilet satışı davam edir.
"Football-plus.az" xəbər verir ki, indiyədək mümkün 8700 biletdən 3500-ü satılıb.
Biletlərin qiymətləri sektordan asılı olaraq 2, 4, 5 və 10 manatdı. Onları "iTicket.az" saytından onlayn və yaxın vaxtlarda görüşün keçiriləcəyi “Bank Republika Arena” stadionunun kassalarından əldə etmək mümkün olacaq.
“Sabah”- “Sent-Patriks” görüşü avqustun 15-də baş tutacaq və saat 20.00-da başlayacaq.