Millimizin sabiq üzvü "Qəbələ"də

14.08.2024 12:16 321
Ölkə futbolu
“Qəbələ” heyətinə yeni futbolçu qatıb.

"Football-plus.az" xəbər verir ki, Elvin Yunuszadə ilə 1 illik müqavilə imzalanıb. 32 yaşlı müdafiəçi 2024/25 mövsümündə “qırmızı-qaralar”ın formasını geyəcək.

Elvin Azərbaycanda “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, Bosniya və Herseqovinada “Çelik”, Şimali Makedoniyada “Şkupi”də çıxış edib. Yunuszadə Azərbaycan milli komandasında keçirdiyi 3 oyunda 1 qol vurub.