"Zirə"nin rəqibindən növbəti transfer

15.07.2024 15:57 243
Dünya futbolu
"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, Moldova təmsilçisi Gideon Uçe Qudladla anlaşıb.

19 yaşlı nigeriyalı yarımmüdafiəçi İsrailin "Makkabi" (Petah-Tıkva) klubundan transfer olunub.

Qeyd edək ki, komandalar arasında Moldovada baş tutan ilk görüşdə "Zirə" 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması isə iyulun 18-də “Liv Bona Dea Arena”da keçiriləcək.