“Zirə”nin rəqibində ayrılıq

5.08.2024 20:35 326
Dünya futbolu
"Zirə"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Osiyek"də ayrılıq olub.

“Football-plus.az” xəbər verir ki, Xorvatiya klubunun futbolçusu Marin Prekodravaç komandanı tərk edib. Bu barədə "Osiyek"in mətbuat xidməti məlumat yayıb. Futbolçu ölkənin digər təmsilçisi "Şibenik"ə keçib.

Qeyd edək ki, "Zirə" "Osiyek" ilə ilk oyununu avqustun 8-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.