“Zirə”nin növbəti mərhələdəki rəqibi müəyyənləşdi

2.08.2024 00:52 472
Konfrans Liqası
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiya təmsilçisi “DAK 1904”ü mübarizədən kənarlaşdıran “Zirə”nin növbəti rəqibi məlumdu.

“Football-plus.az” xəbər verir ki, Rəşad Sadıqovun komandası 3-cü təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşacaq. Təmsilçimiz ilk matçını avqustun 8-də səfərdə keçirəcək. 1 həftə sonra isə “Zirə” rəqibini Bakıda qəbul edəcək.

Qeyd edək ki, “Osiyek” 2-ci təsnifat mərhələsində “Levadiya”nı (Estoniya) mübarizədən kənarlaşdırıb. Xorvatiya təmsilçisi öz meydanında 5:1, bu gün keçirilən cavab görüşündə isə 1:0 hesablı (ümumi nəticədə 6:1) qələbə qazanıb.

Əlavə edək ki, “Osiyek” ötən mövsüm Xorvatiya çempionatını 57 xalla dördüncü pillədə başa vurub.