"Zirə"nin rəqibi "Dinamo"ya uduzdu

12.08.2024 15:57 314
Dünya futbolu
Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Zirə"nin rəqibi olan “Osiyek” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda 2-ci turda “Dinamo” ilə qarşılaşıb. Oyun Zaqreb klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyundan sonra xalı olmayan “Osiyek” 10 komanda rasında 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Zirə" ilə "Osiyek" arasında cavab görüşü avqustun 15-də Mərdəkandakı “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və 20.30-da başlayacaq. Komandalar arasında Xorvatiyada oynanılan ilk matç 1:1 hesabı ilə başa çatıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul