"Sabah" - "Partizan" matçının biletləri satışda

7.08.2023 17:53 353
Ölkə futbolu
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Sabah” – “Partizan” oyununa bilet satışına başlanılıb.

"Football-plus.az" xəbər verir ki, biletləri “iticket.az” saytından, “Iticket”in satış məntəqələrindən, sabahdan etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə edə bilərsiniz. Satılmış hər biletdən əldə olunan 1 AZN məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Bilet əldə etmək üçün: https://iticket.az/events/sport/sabah-fk-fk-partizan/97688

“Sabah” – “Partizan” oyunu avqustun 10-da saat 20.00-da Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutacaq.