Mayın 13-də Bakıda keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa bilet satışı davam edir.
"Football-plus.az" Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq bu oyun üçün 20 min bilet satılıb.
Biletləri iticket.az saytından və “Iticket.az”-ın satış məntəqələrindən, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 5, 10, 15, 20, 50, 70 və 300 manatdır.
Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa saat 18:00-da start veriləcək.