40 yaşında müqaviləni yenilədi

28.04.2023 20:51 305
Dünya futbolu
Pepe klubundan aldığı yeni təklifi qəbul edib. Təcrübəli futbolçu “Portu” ilə müqaviləni yeniləyib.

“Football-plus.az” xəbər verir ki, Portuqaliya klubunun saytının məlumatına görə, 40 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər razılaşdırılan sözləşmə imzalanıb. Pepe karyerasına 2004-cü ildə “Portu”da başlayıb, 2007-ci ildə “Real”a keçib və 2019-cu ildə “Portu”ya qayıdıb. O, bu klubla 4 dəfə Portuqaliya çempionu olub, 2 dəfə ölkə kubokunu, 1 dəfə superkuboku qazanıb.