“Çelsi” Rüdigerə “xələf” tapdı

16.07.2022 15:16 415
Dünya futbolu
“Çelsi” azad agent kimi “Real”a yollanan Antonio Rüdigerə “xələf” tapıb.

Football-plus.az xəbər verir ki, London klubu Kalidu Kulibalini transfer edib. 31 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Ona görə 38 milyon avro qazanan “Napoli”nin bonus kimi daha 2 milyon avro irəli düşmək şansı olacaq. Bəzi mənbələr seneqallı futbolçunun yeni iş yerində ilə 10 milyon avro maaş alacağını xəbər verib.

Kulibali İtaliya klubunda 2014-cü ildən çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.