Bir London klubundan digərinə keçəcək

4.06.2024 15:17 168
Dünya futbolu
“Çelsi” növbəti mövsüm üçün ilk transferini reallaşdırmaq üzrədi.

Tanınmış jurnalist Fabritsio Romanonun sosial şəbəkə hesabları vasitəsilə yaydığı xəbərə görə, “Fulhem”in müdafiəçisi Tosin Adarabioyo karyerasını Londonun digər təmsilçisində davam etdirməyə yaxındı. O, “Çelsi”yə azad agent kimi keçəcək. 26 yaşlı oyunçu ilə şəxsi müqavilənin şərtləri tam razılaşdırılıb.

Xəbərdə həmçinin artıq Tosinin yeni klubunda tibbi müayinədən keçmə tarixini müəyyənləşdirdikləri və bundan sonra onun yeni klubu ilə rəsmi müqavilə imzalayacağı da qeyd olunub.

Adarabioyo 2023/24 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 25 matçda 2 qol vurub.