Xəbər verdiyimiz kimi, mərkəz müdafiəçisinin adı "Sent Patriks"lə oyunlar üçün iştirak ərizəsinə daxil edilmişdi. Lakin "bayquşlar" futbolçunun transferini ilk matçdan sonra açıqladı. Həmçinin baş məşqçi Krunoslav Renduliç vacib oyunda onun xidmətindən yararlana bilmədi. Baxmayaraq ki, komandanın müdafiə xəttində ciddi çatışmazlıqların olduğu bəllidi. Görəsən, Noqeyranın debütünə nə mane olub?
"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov durumu "Football-plus.az"a belə izah etdi:
"İqor Noqeyranın transferi matçdan qısa müddət əvvəl yekunlaşdı. Bu üzdən "Sent Patriks"lə ilk matçda meydana çıxması mümkün olmadı. Bilindiyi kimi, onun adı iştirak ərizəsində var. Odu ki, məşqçilər korpusu uyğun görsə, cavab matçında meydana çıxa bilər".
Qeyd edək ki, "Sabah" mərkəz müdafiəçisiylə 2 il müddətinə müqavilə imzalayıb.
KƏNAN BAHADIR






