“Hədəf ən azı ilk “3-lük”də yer almaqdı”

12.08.2024 18:27 371
Ölkə futbolu / Manşet
2-ci liqaya yüksələrək Qubaya köçən “Hypers” yeni mövsümə hazırlığı davam etdirir.

Vüqar Nadirovun komandası liqasının iddialılarından olmaq istəyindədi. Bəs “Hypers”in 2-ci liqada hədəfi nə olacaq?

Klubun idman direktoru Fuad Cəfərovun “Football-plus.az”a dedikləri:
“Artıq sabahdan oyunçularla müqavilələr bağlanacaq. Sponsorla bağlı hələ ki dəqiq bir məlumat yoxdu. Stadion artıq bəllidi. “Hypers” “Quba Arena”da oynayacaq. Hədəf ən azı ilk “3-lük”də yer almaqdı”.


RÖYANƏ OĞUZ