Diniyev Türkiyədə debüt etdi

14.08.2023 10:00 215
Dünya futbolu
Bu yay Türkiyə "Ümraniyespor"una keçən azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyev yeni komandasında rəsmi debüt edib.

"Football-plus.az" xəbər verir ki, onun komandası 1-ci liqada mövsümün ilk oyununa çıxıb.

Diniyev "Gənclərbirliyi” ilə səfərdə keçirilən görüşün start heyətində meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

Oyun "Gənclərbirliyi"nin 2:1 hesabı qələbəsi ilə başa çatıb.