Coşqun Diniyevin komandası kubokda mərhələ adladı

7.12.2023 11:34 225
Dünya futbolu
Millimizin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” Türkiyə kubokunda növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, sözügedən komanda kubokun 4-cü mərhələsində “Çankaya”nı qəbul edib və 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Coşqun Diniyev matçın 71-ci dəqiqəsində meydana çıxıb.