Bilindiyi kimi, Coşqun Diniyev ötən həftə “Bandırmaspor”a transfer olundu.
Futbolçunun Azərbaycana qayıdacağə zənn edilsə də, o, yenidən 1-ci liqa klubunda forma geyməyi seçdi.
“Football-plus.az”ın məlumatına görə Coşqun Diniyevə “Bandırmaspor”da təklif edilən məbləğ buranı seçməsinə səbəb olub. O, klubdan ildə nə az, nə çox - 200 min avro alacaq. “Ankaragücü” də Coşqunun xidmətində maraqlansa da, tərəfllər maliyyə məsələsində ortaq məxrəcə gələ bilməyib.
Qeyd edək ki, millimizin yarımmüdafiəçisi ötən il “Zirə”dən Türkiyə 1-ci liqasına yollanmışdı. “Ümraniyəspor” ötən mövsüm özünü yaxşı tərəfdən göstərən Diniyevi heyətində saxlamaq arzusunda olub. Lakin son 5 ayda maaş ala bilməyən Coşqun klubdan ayrılıb.
RÖYANƏ OĞUZ