“Bu il çempionatda zəif komanda yoxdu”- “Şamaxı”nın legioneri

12.08.2024 14:12 426
Aktual / Müsahibə
Məlum olduğu kimi, “Şamaxı” 2-ci turda “Araz-Naxçıvan”a 0:1 hesabıyla uduzdu. “Şirlər”in hesabında yalnız ilk turda “Sabah”dan aldığı 1 xal var.

2-ci turdan sonra komandanın 29 yaşlı hücumçusu Conatan Benteke “Football-plus.az”a müsahibə verib.

- Səncə, rəqib daha üstün oynadı, yoxsa “Şamaxı”nın bəxti gətirmədi?
- Əvvəldən bilirdik ki, bizi çətin səfər oyunu gözləyir. Şanslar bərabər idi. Demək olmaz ki, onlar bizdən üstün oynadı. Sadəcə, ələ düşən fürsətdən yararlandılar. Bu futboldu və belə hallar normaldı.

- Qələbə üçün komandada nə çatmırdı?
- Dəqiq deyə bilmərəm nə çatmırdı. Özüm də hələ bilmirəm. Amma əlimizdən gələni edir, hər məşqdə çalışırıq ki, daha yaxşı nəticə göstərək. Əminliklə deyə bilərəm ki, oyundan-oyuna daha yaxşı formada olacağıq.

- Komandaya ötən ay qoşulmusan, uyğunlaşa bilmisənmi?
- Hələ ki uyğunlaşma prosesindəyəm. Desəm ki, tam uyğunlaşmışam, yalan olar. Amma bunun üçün əlimdən gələni edirəm. Komanda yoldaşlarım da mənə kömək edir, dəstəyini əsirgəmir. Ən qısa zamanda uyğunlaşacam.

- “Şamaxı” qələbələri əldən verdikcə yenidən premyer-liqadan düşmək təhlükəsiylə üz-üzə qala bilər?
- Hələ mövsümün əvvəlidi. Bizi uzun marafon gözləyir. Ümid edirəm ki, döyüşə-döyüşə xallar toplayacağıq.

- Çempionatın səviyyəsini necə görürsən?
- Fikrimcə, səviyyə normaldı. Bu il çempionatda zəif komanda yoxdu. Hər kəs bir-birindən xal ala bilər.

- Bir futbolçu kimi hədəflərin?
- Əlimdən gələnin daha yaxşısını etməyə çalışacam. Daha çox qol vurmaq və komandamın qələbə qazanması!

RÖYANƏ OĞUZ