Tezliklə “Bavariya”ya yeni futbolçu qoşulacaq.
Almaniya klubu “Fulhem”in və Portuqaliya yığmasının oyunçusu Joao Palyinya ilə razılıq əldə edib. “Sky Sport”un məlumatına görə, Münhen klubu dayaq yarımmüdafiəçi üçün 46 milyon avro ödəyəcək. Hazırda Avropa çempionatında çıxış edən Palyinya “Bavariya” ilə müqavilə imzalamazdan əvvəl tibbi müayinədən keçəcək. Müqavilənin müddətinin 2028-ci ilin yayına qədər olacağı da bildirilir.
28 yaşlı futbolçu ötən mövsüm “Fulhem”in heyətində bütün turnirlərdə 39 matça çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.