Mane Münhenə bir az da yaxınlaşdı

19.06.2022 09:10 436
Dünya futbolu
Sadio Manenin “Bavariya”ya transferi yekunlaşmaq üzrədi.

Almaniya klubu “Liverpul”la razılığa gəlib.

Almaniya mənbələrinin yaydığı xəbərə görə, Münhen klubu seneqallı futbolçu üçün 32 milyon avro təzminat ödəyəcək. Müqavilədə asan əldə edilə biləcək 6 milyon avro məbləğində bonus da yer alıb. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir. Qeyd edək ki, “Bavariya” bir neçə gün əvvəl Sadio ilə razılığa gəlmişdi.