Almaniya nəhəngi ondan gözünü çəkmir

29.07.2024 13:11 283
Dünya futbolu
“Bavariya” rəhbərliyi Conatan Tadan gözünü çəkmir.

"Football-plus.az" xəbər verir ki, Münhen klubu müdafiəçi üçün “Bayer-04”ə ikinci təklifi göndərib.

“Kicker” nəşrinin məlumatına görə, Amaniya nəhəngi 28 yaşlı oyunçu üçün 20 milyon avro ödəməyə hazırdı. Conatanın Leverkuzen klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq. Deyilənə görə, o, “Bavariya”da oynamaq istədiyi üçün klubu ilə müqaviləni yeniləmək istəmir.

Ta son mövsümündə bütün yarışlarda 48 matçda iştirak edib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.