Yenidən “Sevilya”ya qayıtdı

8.08.2024 14:16 366
Dünya futbolu
Lüsyen Aqume “İnter”i növbəti dəfə tərk edib.

Yarımmüdafiəçi daimi əsasda “Sevilya”ya keçib. İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 22 yaşlı fransalı futbolçu ilə müqavilənin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı “İnter”in bu transferdən 4 milyon avro qazandığını xəbər verib.

Qeyd edək ki, Aqume 2023/24 mövsümünün ikinci yarısını “Sevilya”da icarə əsasında keçirib və bu komanda ilə 13 oyuna çıxıb.