“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib. İspaniya klubu fransalı müdafiəçi Loik Badeni sıralarına qatıb.
İspaniya klubunun rəsmi saytının məlumatına görə, 24 yaşlı futbolçu “Renn”dən satınalma şərti ilə icarəyə götürülüb. Qeyd edək ki, “Havr”ın yetirməsi olan Bade “Lans” və “Nottingem Forest”də də oynayb.
Kasper Dolberq isə cari mövsümün ilk dövrəsində icarə əsasında oynadığı “Sevilya”nı tərk edib. “Nitsa” danimarkalı hücumçunu bu dəfə “Hoffenhaym”a icarəyə verib. Almaniya klubu yayda onunla daimi əsasda müqavilə bağlamaq hüququna malikdi.