“San Lorenso” ilə “Sevilya” arasındakı danışıqlar müsbət nəticələnib. Federiko Qattoni karyerasını“Sevilya”da davam etdirəcək.
Football-plus.az xəbər verir ki, İspaniya klubu ona görə 1,4 milyon avro ödəyəcək. Argentinalı müdafiəçi sevilyalılarla müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə üzrə razılığa gəlib. Federiko hələ ki iyunun sonuna qədər icarə əsasında “San Lorenso”da oynayacaq. O, yeni komandasına yayda yollanacaq.
“San Lorenso”dan “Sevilya”ya yollanacaq
Dünya futbolu

