MBA-nın sabiq oyunçusu Nik Yanq sosial şəbəkə hesabında “Leykers”in ABŞ basketbol yığmasının lideri Lebron Ceymsi bütün dövrlərin ən yaxşı oyunçusu adlandırıb:
“Çox təəssüf edirəm, Maykl Cordan... Bütün dövrlərin ən yaxşı oyunçusu adı cənab Kapitan Amerika tərəfindən bron olunub”
Xatırladaq ki, Ceyms karyerası boyunca 40 min xal həddinə çatan ilk basketbolçudu, MBA tarixinin bombardiridi. O, dünyanın aparıcı basketbol liqasında artıq 22 mövsüm keçirib.
2003-cü ildə karyerasını bitirən Cordan isə “Çikaqo” ilə “Vaşinqton”un şərəfini qoruyub. Amerikalı 6 dəfə MBA çempionu olub, 6 dəfə final seriyasının ən dəyərli oyunçusu sayılıb, 5 dəfə isə müntəzəm çempionatın MVP mükafatını qazanıb.