Neymar ''Fənər''in əfsanəsini öz idealı adlandırdı

20.11.2026 21:31 0
Dünya futbolu
Braziliyalı ulduz Neymar ''Fənərbaxça''nın əfsanəsi Aleks de Souza ilə görüşüb. İki tanınmış ismin görüşməsi futbolsevərlərin marağına səbəb olub.

"Football-plus.az" xəbər verir ki, Braziliya yığması tarixinin ən məhsuldar oyunçusu və hələ də futbol tarixinin ən bahalı transferinin müəllifi olan Neymarın Aleks haqda yazdığı sözlər diqqət çəkib.

Hazırda məşqçi kimi çalışan Aleks Braziliya yığmasında və Avropa futbolunda Neymar qədər iz buraxmasa da, ''Fənərbaxça''nın tarixində çox mühüm bir iz buraxıb. Hər iki ulduz bir-birinə imzalı forma hədiyyə edib. Neymar bu görüşdə çəkilən şəkili öz 240 milyon təqibçili ''instaqram'' səhifəsindən paylaşaraq Aleksi öz idealı adlandırıb:

''Mənə ilham verən idealımın formasını almaq çox böyük fəxrdi. Sən bir əfsanəsən. Sənə hörmətim sonsuzdu''.

Qeyd edək ki, 49 yaşlı Aleks hazırda Braziliyanın B seriyası təmsilçisi ''Operario''nun baş məşqçisidisə, 34 yaşlı Neymar doğma ''Santos''un şərəfini qoruyur.