“Old Trafford” onların üzünə bağlandı

20.11.2026 21:00 0
Dünya futbolu
“Mançester Yunayted” komandanın bir neçə azarkeşini cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, buna azarkeşlərin etiraz aksiyası səbəb olub. İngiltərə klubu Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunun noyabrın 3-də “Roma” ilə keçirilən və 3:2 hesabı ilə qalib gəldiyi oyunda meydana tennis topları atan 4 azarkeşin “Old Trafford”a girişini qadağan edib.

Azarkeşlər bu addımı klubun sahiblərinə etiraz əlaməti kimi atmışdılar. Məlumata görə, onlardan ən azı birinə meydana əşya atdığı üçün 3 illik stadion qadağası tətbiq olunub.

Klub rəhbərliyi bu cür hərəkətlərin stadion qaydalarına zidd olmaqla yanaşı, futbolçuların və digər şəxslərin təhlükəsizliyi üçün də risk yaratdığını bildirib.