Cordan Lebronun rekordu haqda nə dedi?

9.02.2023 14:25 282
İdman
“Çikaqo”nun əfsanəvi müdafiəçisi Maykl Cordan “Leykers”in forvardı Lebron Ceymsin MBA-da xal sayına görə yeni rekord (38390) müəyyənləşdirməsinə münasibət bildirib:

“Bu qeyri-adi uğur münasibəti ilə Lebronu təbrik edirəm. Yorulmadan çalışmasının, dözümlülüyünün və ustalığının nəticəsidi”.

"Football-plus.az"ın məlumatına görə, Lebron “Oklahoma-Siti” ilə oyunda Kərim-Əbdül Cabbarın 20 ilə yaxşın yaşayan (38387) rekordunu yeniləyib.

Cordan isə karyerası boyunca 32292 xal toplayıb və MBA tarixinin ən məhsuldar oyunçuları siyahısında 5-ci yerdədi.