39 yaşına qədər gözlədi və...

20.11.2026 19:07 0
Dünya futbolu
Antonio Adan peşəkar futbolçu həyatı ilə bağlı qərar verib.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı qapıçı 39 yaşında karyerasını başa vurub. “Real”ın və “Atletiko”nun formasındakı çıxışıyla tanınan futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşdığı video vasitəsilə məlumat verib. Antonio vida müraciətində futbolun ona çox şey qazandırdığını bildirib.

“Real”ın yetirməsi olan futbolçu 2010-13-cü illərdə klubun əsas komandasında çıxış edib. Adan “Real”ın heyətində İspaniya çempionu olub, ölkə kubokunu və superkubokunu qazanıb, “Atletiko” ilə isə UEFA Superkubokunun qalibi olub.

Antonionun sonuncu komandasının 2025/26 mövsümündə qapısını qoruduğu “İstiqlal” (İran) olduğunu da xatırladaq.