Şakil О’Nil dörd onillik üçün komanda qurdu

20.03.2024 14:30 159
İdman
Sabiq amerikalı basketbolçu, MBA-nın dördqat çempionu Şakil О’Nil sosial şəbəkə hesabında 1990 – 2020 aralığını əhatə edən dörd onillik üçün ən yaxşı basketbolçuların “5-liy”ini dərc edib.

Siyahıya həm Maykl Cordan, həm də О’Nilin fikrincə, bütün dövrlərin ən yaxşı basketbolçusu olan Lebron Ceyms salınıb. 2000-lərin ən yaxşı komandasında yer alan basketbolçuların beşi də zamanında mövsümün ən dəyərli oyunçusu sayılıb. Şakilin onilliklər üzrə seçimi belədi:

1990-cı illər: Con Stokton, Maykl Cordan, Skotti Pippen, Karl Meloun, Hakim Olacyuvon;
2000-ci illər: Allen Ayverson, Kobi Brayant, Tim Dankan, Kevin Harnett, Şakil О'Nil;
2010-cu illər: Stefen Karri, Ceyms Harden, Lebron Ceyms, Kevin Dürant, Entoni Devis;
2020-ci illər: Luka Donçiç, Şey Gilces-Aleksander, Yannis Adetokunbo, Nikola Yokiç, Coel Embiid.