“Real”da oktyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Cud Bellingem olub. İngilis futbolçu klubunda bütün həmkarlarını arxada qoyub. 23 yaşlı Cud ötən ay bütün turnirlərdə meydana çıxdığı 5 oyunda 1 məhsuldar ötürmə edib.
O, İspaniya klubunda 2023-cü ilin yayından çıxış edir. Bellingem ötən müddətdə “Real”ın heyətində keçirdiyi 156 oyunda 51qolun və 37 məhsuldar ötürmənin müəllifi olub.
Bircə məhsuldar ötürmə ilə ən yaxşı oyunçu oldu
Dünya futbolu





