Adetokumbo 186 milyon dollar qazanacaq

28.10.2023 23:29 219
İdman
ESPN-in insayderi Edrian Voynarovski “Miluoki”nin forvardı Yannis Adetokumbonun klubla müqavilə müddətini daha 3 illiyə uzadacağını xəbər verib.

İnsayder iddia edir ki, yeni müqavilə üç ili əhatə edəcək və ona əsasən 28 yaşlı yunan basketbolçu 186 milyon dollar qazanacaq.

MBA çempionu (2021) olan, iki dəfə müntəzəm çempionatın ən dəyərləi oyunçusu seçilən forvard yeni mövsüm ərəfəsində verdiyi açıqlamada “Leykers”in lideri Lebron Ceymsi basketbol tarixinin ən dahi oyunçusu adlandırıb:

“Bəziləri deyəcək ki, o ikincidi. Mənim kimi başqaları isə cavab verəcək ki, Lebron həmişə 1-ci yerdədi. Və onun dayanmaq fikri yoxdu”.

Xatırladaq ki, Lebron MBA-da 21-ci mövsümünü keçirir.