Millimiz İraqa qalib gəldi

20.11.2026 19:36 0
Ölkə futbolu
20 yaşadək futbolçulardan ibarət millimiz Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, növbəti dəfə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 25-ci dəqiqədə Nicat Nərimanov və 45-ci dəqiqədə Şahin İbrahimov vurublar.

Komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da baş tutan ilk oyun 0:0 hesablı heç-heçə başa çatıb.