Cənubi Amerika Futbol Konfederasiyası bu il ABŞ-də keçirilən Amerika Kubokunun rəmzi komandasını açıqlayıb.
“Football-plus.az” xəbər verir ki, siyahıda ən çox futbolçu ilə təmsil olunan yığma turnirin qalibidi.
Xatırladaq ki, Argentina yığması finalda Kolumbiyanı 1:0 hesabı ilə məğlub edərək tarixində 16-cı dəfə çempion olmuş və Uruqvayı (15) arxada qoyaraq yeni rekord müəyyən etmişdi. Lionel Skaloninin çalışdırdığı komandanın 5 oyunçusu rəmzi “11-liy”ə layiq bilinib: qapıçı - Emiliano Martines (Argentina); müdafiəçilər – Alister Conston (Kanada), Kristian Romero (Argentina), Davinson Sançes (Kolumbiya), Pyero İnkapye (Ekvador); yarımmüdafiəçilər – Rodriqo de Paul (Argentina), Xames Rodriges (Kolumbiya), Manuel Uqarte (Uruqvay); hücumçular – Rafinya (Braziliya), Lautaro Martines, Lionel Messi (hər ikisi Argentina).